Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyunun 17-də baş tutacaq özəlləşdirmə hərracına çıxarılan obyektləri açıqlayıb.
Komitədən verilən məlumata görə, ümumilikdə hərraca 157 dövlət obyekti çıxarılıb.
Özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlaklarından 19-u səhmdar cəmiyyəti, 54-ü kiçik dövlət müəssisə və obyekti, 70-i qeyri-yaşayış sahələridir.
Hərraca çıxarılan çoxçeşidli kiçik dövlət müəssisə və obyektlərinin ilkin hərrac qiyməti 1000 manatla 550 min manat arasında dəyişir.
Satışa çıxarılan əmlaklar arasnıda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 7 saylı Stomatoloji Poliklinika (ilkin qiyməti 228 min manat), Samux rayonu Seyidlər kəndi ərazisində yerləşən "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsi, Şamaxı ərazi Yun tədarükü və qəbulu idarəsi, "Lalə” şadlıq evi, İsmayıllı Təmir-Tikinti Sahəsi və digər obyektlər var.
Şərhlər