Sosial şəbəkələrdə tanınmış ifaçı Damlanın müğənni qismində iştirak etdiyi toya polislərin basqın etməsi ilə bağlı video yayılıb.
Qaynarinfo xəbər verir ki, yayılan məlumatlara görə hadisə Rusiyada baş verib. Belə ki, Rusiyanın Sanqpeterburq şəhərində keçirilən azərbaycanlı ailənin toy məclisində hüquq mühafizə orqanları toyu saxlayıblar. Səbəb kimi isə qonaqların tapançadan havaya açdığı çoxsaylı atəşlər olub. Rus polisi toy iştirakçılarının hamısını nəzarətə götürüb.
Qeyd edək ki, toyda məşhur müğənni Damlada müğənni kimi iştirak edib.
Həmin videonu təqdim edirik:
Şərhlər