“Dalğa” Gənclər Hərəkatının (DGH) sədri və iki üzvü sərbəst buraxılıb. 9-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, saxlanılan Saleh Mehdizadə, Fərid Eyyubov və Kamran Həsənzadə şifahi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
____________________
16:07
Bu gün paytaxt Bakıda kitab təbliğatı məqsədi ilə fləş-mob keçirən Dalğa Gənclər Hərakatının üzvlərindən bir neçəsi polis tərəfindən saxlanılıb.
Yolda isə maraqlı olay yaşanıb. Belə ki, polis maşını bölməyə çatmamış xarab olaraq, yolda qalıb. saxlanılan gənclər maşını itələyərək bölməyə qədər gətiriblər.
Hazırda polis onların izahatını alır.
Qeyd edək ki, fevral ayının 12-də yaranmasının 8 illiyini qeyd etməyə hazırlaşan Dalğa GH üzvləri bu münasibətlə “8 gün” adlı kompaniyaya start verib. Kompaniya çərçivəsində ilk olaraq Dalğa GH tərəfindən tərtib olunmuş və gənclərə oxunması tövsiyyə olunan kitabların siyahısı hazırlanıb. Bu gün də hərəkat üzvləri bu siyahının yer aldığı vərəqələri paylayırmış.
Teyyub Qurban - Dönməzlik
Qurban Səid - Əli və Nino
Ağalar Məmmədov – Aşma
Mirzə Ələkbər Sabir- Hop - hop - namə
Cəlil Məmmədquluzadə – Hekayələr toplusu
Mirzə Fətəli Axundov - Kəmalüddövlə məktubları
Hikmət Hacızadə - Demokratiya: gediləsi uzun bir yol
Corc Oruell – 1984 və Heyvanıstan
F.M Dostoyevski - Karamazov qardaşları
Milan Kundera - Var olmağın dözülməz xəfifliyi
İvan Turgenev - Atalar və oğullar
Con Steynbek - Siçanlar və İnsanlar
Cek London – Martin İden
Con Stüart Mill - Azadlıq haqqında
Jan Jak Russo - Etiraflar
Jan Pol Sartr - Varlıq və Heçlik
Herman Hesse - Yalquzaq
Mixail Şoloxov - Sakit Don
Fridrix Nitşe - Zərdüşt belə buyurdu
Migel De Servantes - Don Kixot
Ezel Lilian Voyniç - Ovod 1, Ovod 2.
Vaslav Havel – Gücsüzlərin gücü
Qaynar.info
Şərhlər