Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev polis tərəfindən saxlanılıb.
Bu barədə "Ölkə.Az” saytına onun qardaşı Rahab Qazıyev məlumat verib. Onun sözlərinə görə, qardaşı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Bölmənin növbətçi hissəsindən polis mayoru Çingiz Səfərov Rəhim Qazıyevin saxlanılmasını keçmiş müdafizə nazirinin ailə üzvlərinə təsdiq edib və bidirib ki, sabah saat 10-na kimi bölmədə saxlanılacaq.
R.Qazıyevin hansı səbəbdən saxlanılması barədə isə heç bir məlumat verilməyib. R.Qazıyevin həyat yoldaşı isə onun polis tərəfindən saxlanılmasından xəbərsiz olduğunu bildirib. Sevil Qazıyevanın sözlərinə görə, həyat yoldaşı günorta evdən gedib və bu vaxta kimi evə zəng eləməyib.
Qeyd edək ki, R.Qazıyev 1992-ci il martından 1993-cü il fevralına qədər Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışıb.
Şərhlər