Xəbər lenti

Ölkə 16:54 09.04.2020

Polis rəisinin müavini xidməti maşınla qəza törətdi

Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün qeyd' alınıb.

Belə ki, Gəray Məmmədov Bakıdan Goranboya gedən zaman Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində xidməti maşınla karantin postunda qəza törədib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, G.Məmmədov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır.  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->