Polisləri yaralayıb azad edilmiş ərazilərə getdilər

Polisləri yaralayıb azad edilmiş ərazilərə getdilər

Füzulidə işğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yollarla icazəsiz olaraq keçən "VAZ-2106” markalı avtomobilin sürücüsünə  növbəti nəzarət postunda "saxla” işarəsi verilmişdir. Sürücü polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərərək, avtomobili onların üzərinə sürməklə polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun ayaq nahiyələrinə  xəsarət yetirərək ərazidən uzaqlaşmağa cəhd göstərmişdir. 

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobilin rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli RPŞ-yə gətirilməsi təmin olunmuşdur. Araşdırmalarla sürücü və sərnişinin Beyləqan rayon sakinləri Zamir Əhmədov və əvvəllər məhkum edilmiş Zamiq Fərzəliyev olduğu, onların əlvan metal yığmaq məqsədi ilə həmin ərazilərə keçmələri müəyyən olunmuşdur. 

Hal-hazırda faktla bağlı Füzuli RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR