Politoloq XİN-i tənqid etdi: “Dağlıq Qarabağ

Politoloq XİN-i tənqid etdi: “Dağlıq Qarabağ" adlı yer yoxdur”

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Xarici İşlər Nazirliyinin "Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi" iddiasıyla bağlı açıqlamasını tənqid edib.

Qaynarinfo xəbər verir ki, politoloq XİN-in açıqlamasını qaneedici hesab etməyib: 

"Bu cür açıqlamalar Azərbaycan öz ərazilərini işğaldan azad edənədək mənalı ola bilərdi. Amma Azərbaycan artıq prosesin ilk mərhələsini başa çatdırdığını elan edib. Laçın və Kəlbəcər Ermənistan işğalından azad edilib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub (bütün ərazimiz üzərində suverenliyimiz tam təmin edilməsə də). Bundan sonra Azərbaycan ərazisinə dövlətimizin razılığı olmadan heç kim daxil ola bilməməlidir. Laçın koridoru ilə bağlı detallar (o cümlədən, koridorun Ermənistan-Azərbaycan sərhədindəki keçid nöqtəsində Azərbaycanın nəzarətinin necə təmin ediləcəyi) yəqin ki, növbəti mərhələdə ortaya çıxacaq. Amma bu məqama qədər də, Azərbaycan sərhədlərindən bütün keçişlər sadəcə və mütləq qaydada Azərbaycanın razılığı daxilində baş verməlidir. "Gəlsinlər, biz onlara sanksiya tətbiq edək, sonra üzrxahlıq məktubu yazsınlar, bağışlayaq" mərhələsi artıq tarixdə qalmalıdır”.
 
 

İkinci bir tərəfdən Azərbaycanda "Dağlıq Qarabağ" adlı yer yoxdur. Aydındır ki, müəyyən çıxışlarda, müraciətlərdə məsələyə aydınlıq gətirmək üçün bu ifadənin işlədilməsi zərurəti yaranır. Amma rəsmi mətnlərdə mümkün qədər bu ifadənin işlədilməməsinə çalışmaq lazımdır”. 

Qeyd edək ki, XİN-in rəsmi saytında bu gün yayınlanan açıqlama belədir: "... Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır".

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR