Dünya 12:26 25.11.2020

Polşa: “Rusiya Katın cinayətini Hitlerin boynuna yükləmək istəyir”

Polşanın Rusiyadakı səfirliyi Polşa ordusunun əsir götürülən zabitlərinin Katın Meşəsində edam edilməsiylə bağlı faktların Rusiyada təhrif olunduğunu açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə RBK-nın məlumatında deyilir. Diplomatik korpusun açıqlamasında 2020-ci ilin noyabrında Tver bölgəsində keçirilən Polşa-Rusiya münasibətlərinə dair konfransda təhrif olunmuş məlumatları ehtiva edən məlumatların verildiyi bildirilib.

Konfransa Rusiya Hərbi Tarix Cəmiyyəti ev sahibliyi edib. Səfirlikdən verilən məlumata görə, tədbirdə elan olunan hadisələrin versiyası NKVD-nin Polşa xalqına qarşı cinayətə görə məsuliyyətini gizlətmək və günahı nasist Almaniyasının boynuna yükləmək məqsədi daşıyıb.

Diplomatlar açıqlamalarında tədbirin Rusiya Dövlət Dumasının nümayəndələrinin xeyir-duasıyla keçirilməsinə təəccüblərini ifadə ediblər.

Xatırladaq ki, Katın qırğını1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsidir. Qırğınların Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq, aşkara çıxarılan ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qırğın belə adlandırılıb. 

Katın meşəsində öldürülənlərin arasında əsgərlər (bir admiral, iki general, 24 polkovnik, 79 polnovnik leytenant, 258 mayor, 654 kapitan, 17 gəmi kapitanı, 85 gizir, 3420 zabit və 7 keşiş, 200 təyyarəçi, hökumət nümayəndəsi, zadəganlar (1 şahzadə, 43 məmur) və dinc sakinlər (üç mülkədar, 131 qaçqın, 20 universitet professoru, 300 həkim, bir neçə yüz hüquqşünas, mühəndis və müəllim, yüzdən artıq jurnalist) olub. Ümumilikdə, Polşa ordusunun zabit heyətinin yarısı qətlə yetirilib. Ümumilikdə isə SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən 14 Polşa generalı güllələnib.
 
Alpər