Xəbər lenti

Polşada Rusiya PUA-larının vurulması NATO-ya neçəyə başa gəlib? -
Dünya 16:00 11.09.2025

Polşada Rusiya PUA-larının vurulması NATO-ya neçəyə başa gəlib? - "Bild"

NATO 10 sentyabr gecəsi Polşa hava məkanına daxil olan ucuz Rusiya dronlarını vurmaq üçün azı 1,2 milyon avro xərcləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” yazır.

Məlumata görə, Polşanın hava məkanının qorunması üçün Niderlandın müasir F-35 qırıcıları və Almaniyanın Patriot HHM sistemləri işə cəlb olunub. NATO təsdiqləyib ki, üç rus dronu iki F-35 tərəfindən məhv edilib. Dördüncü dronla bağlı yoxlama davam edir.

Qırıcı pilotları dronları AIM-9 Sidewinder tipli raketlərlə vurublar. Hər bir raketin buraxılışı 400 min avrodan baha başa gəlir. Yalnız üç dronun vurulması üçün ən azı üç raket lazım gəlib, bu isə NATO-ya 1,2 milyon avroya başa gəlib. Halbuki bir Rusiya zərbə dronunun qiyməti cəmi bir neçə min avrodur.

NATO-dan yüksək vəzifəli zabit jurnalistlərə bildirib ki, F-35 qırıcılarının dronlara qarşı istifadəsi məqsədəuyğun deyil.

Nəşrin məlumatına görə, Alyans indi Rusiyanın təxribatlarına qarşı müxtəlif variantları nəzərdən keçirir. NATO qərargahlarında heyət artırılıb, yüksək döyüş hazırlığı gündüz və gecə rejimində tətbiq olunur.

Bundan başqa, Alyans şərq cinahına əlavə hava hücumundan müdafiə vasitələri yerləşdirməyi planlaşdırır. Eyni zamanda, üzv ölkələrdən birinin hava məkanının pozulmasına cavab olaraq saxlayıcı missiya başlatmaq variantı müzakirə olunur. Bu missiyada hərbi gəmilər, sualtı qayıqlar, kəşfiyyat təyyarələri və pilotsuz uçuş aparatları iştirak edə bilər.

"Bild” həmçinin qeyd edir ki, NATO ölkələri dronlara qarşı mübarizədə Ukraynadan öyrənməlidirlər. Məsələn, Ukrayna ordusu düşmən PUA-larını aşkarlamaq üçün səs sensorlarından istifadə edir, mobil atəş qrupları isə dronları xeyli ucuz başa gələn üsullarla vurmağa imkan verir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->