Maqazin 09:43 30.10.2014

Porno ulduz tövbə etdi

Türkiyənin tanınmış porno aktrisası Sevda Dəmirəl tövbə etdiyini və ailə həyatl quracağını açıqlayıb.

 ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Dəmirəl gördüyü yuxunun təsiri ilə tövbəkar olduğunu bildirib.

“Qismət olsa 5 noyabr 2014-cü ildə boksçu bir nəfərlə evlənəcəyəm. Almaniyada yaşayır. Çox dəyərli bir insandır. Amma aramızda sevgi yoxdur. Çünkü görücü üsulu ilə evlənirik. Təxminən 1 il əvvəl tövbəkar oldum. Hicab geyinmədim, amma gördüyüm bir yuxunun çox təsirində qaldım. Uzun müddətdir heç kimlə flirt də olmadı”.

Sevda Dəmirəl ailəli kişilərlə birlikdə olmağa qarşı olduğun da açıqlayıb:

“Evli kişilərlə birlikdə olmağa çox qarşıyam. Heç bir qadının ahını almağa haqqımız yoxdur. Xəyanətə dəhşət qarşıyam. Zövq üçün evil kişini yoldan çıxarıb digər qadını xaric etməyə çalışan pis ürəkli ilan qadınlar var. Qadınları ağladan qadınlar yaşamasın”.

Dəmirəl müğənni Deniz Sekinin başına gələnlərə də açıqlıq gətirib:

“Deniz Sekinin niyə bu vəziyyətdə olduğunu təxmin etmək mümkündür. Hüsnü Şenlendiricinin həyat yoldaşı körpəsini əmizdirəndə çox qarğış tökmüşdü. Bu da nəticəsi! Kişilərin bu cür yedək götürməsini başa düşə bilmirəm”.

Qaynar.info