Mətbuat konfransı zamanı Verxovna Radanın deputatı Andrey Derkaç Ukrayna prezidenti Petro Poroşenko və keçmiş vitse-prezident Cozef Baydenin hazırkı Amerika prezidenti Donald Trampı müzakirə etdiyi danışıqların yeni qeydlərini yayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Ukrayna KİV-ləri məlumat yayıb.
Qeydlərdən biri 2016-cı il tarixlidir. Orada Baydenin səsiylə bir adam Trampı avtomobil qovan bir köpəyə bənzədir. Bundan sonra Poroşenkonun səsi olan adam gülür. Sonra Poroşenko Baydendən ukraynalılar üçün AB ölkələrinə vizasız rejimin tətbiq edilməsini dəstəkləməyi xahiş edir.
Həmsöhbətlər Trampın Ukrayna üçün təhlükəli davranışlarından danışırlar.
Xatırladaq ki, bundan bir qədər əvvəl Derkaç Poroşenko ilə Bayden arasındakı danışıqların bir neçə səs yazısını da yayıb. Siyasətçi hesab edir ki, bu danışıqlar ABŞ-ın Ukraynanın daxili işinə qarışmasına şahidlik edir.
Alpər
Şərhlər