Dünya 13:35 17.05.2019

Poroşenkonun ölkədən çıxışına qadağa qoyuldu

Ukrayna prezidenti Petro Poroşenkoya ölkəni tərk etmək qadağan olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Kiyev Məhkəməsi qərar çıxarıb. Bu qayda parlament sədrinin 1-ci müavini Andrey Parubi, baş nazir Vladimir Qroysman da daxil olmaqla 177 məmura tətbiq edilib.

Qeyd edək ki, Poroşenko Ukraynanın fəaliyyətdə olan prezidentidir. O, yaxın dövrlərdə postu Vladimir Zelenskiyə təhvil verəcək.

Gülşən