PPX avtomobili qəza törətdi, 2 polis yaralandı

PPX avtomobili qəza törətdi, 2 polis yaralandı

Gecə saatlarında Tovuz rayonunun Öysüzlü kəndində Polis Patrul Xidməti maşınının iştirakı ilə qəza baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, qəza nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Xəyal Tahir oğlu və Qazqulu kənd sakini, 1991-ci il təvəllüdlü Qəhrəmanov Arzu Xaliq oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə avtomobilin sürətlə hərəkətdə olan zaman işıq dirəyinə çırpılması nəticəsində baş verib. Onların hər ikisi polis çavuşudur və vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR