Xəbər lenti

Premyer Liqa:
İdman 17:04 22.11.2025

Premyer Liqa: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda "sülh"

Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

"Araz-Naxçıvan"ın heyətində Ba-Muaka Simakala 29-cu dəqiqədə fərqlənib. Qonaqlardan Ayxan Hüseynov 78-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.

Günün ikinci oyununda "Qəbələ" səfərdə "Zirə" ilə üz-üzə gələcək.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->