Xəbər lenti

Premyer Liqa: Lənkəran yenə 1-ci oldu
İdman 13:02 11.11.2013

Premyer Liqa: Lənkəran yenə 1-ci oldu


Premyer Liqanın XII turunun oyunlarını 8700 min azarkeş izləyib. Fanat.az xəbər verir ki, bu hər oyuna orta hesabla 1740 nəfər deməkdi.

Ən çox tamaşaçı "Xəzər Lənkəran" - "Qəbələ" oyununa gəlib. Lənkərandakı qarşılaşmanı 4000 min nəfər izləyib.

Xəzər Lənkəran - Qəbələ (4000 tamaşaçı)
Neftçi - Bakı (3000 tamaşaçı)
İnter - Simurq (700 tamaşaçı)
AZAL - Qarabağ (500 tamaşaçı)
Rəvan - AZAL (500 tamaşaçı)

13 turun 65 oyununu ümumilikdə 112050 nəfər izləyib ki, bu da hər oyuna orta hesabla 1723 nəfər deməkdi. Ən çox azarkeş IV turda "Xəzər Lənkəran" - "Neftçi" oyununa toplaşıb - 10000. I turun "Simurq" - "Rəvan" və VI turun "Simurq" - "Sumqayıt" matlarında isə 150 nəfər olub.

Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->