Ölkə 13:01 16.08.2018

Prezident 3 nəfərə general rütbəsi verdi, 2 generalın rütbəsini artırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

"general-leytenant” hərbi rütbəsi
general-mayor Əsgər Sabir oğlu Xəlilova
general-mayor Əfqan Vəli oğlu Nağıyevə

"general-mayor” hərbi rütbəsi
polkovnik Azər Oqtay oğlu İbrahimova
polkovnik Ayaz Əvəz oğlu Hüseynova
polkovnik Rəsul Afiq oğlu Tağıyevə