Foto 15:14 28.10.2019

Prezident Ağdaşda açılışlar edib (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İlham Əliyev Ağdaşda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun, Biyan Sənaye Parkının, Rayon Telekommunikasiya Qovşağında Şəbəkə Xidmət Mərkəzinin və şəhər içməli su təchizatı və kanalizasiya sistemlərinin açılış mərasimində iştirak edib.