Əfqanıstanda Prezident Administrasiyasına hücum olub.
Qaynar.info-nun məlumatına görə, binanın qarşısında arxa-arxaya 10-dan çox partlayış törədilib.
Hücum əsnasında prezident Həmid Karzayinin binada olub-olmadığı bilinmir.
Təhlükəsizlik qüvvələri jurnalistlərin bölgəyə yaxınlaşmasına icazə vermir.
Ölən və yaralananların sayı ilə bağlı məlumat yoxdur.
Əfqanıstanın Müdafiə Nazirliyi və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bürosu da partlayışların olduğu bölgənin yaxınlığında yerləşir.
Hadisə yerində atışmalar davam edir.
Qaynar.info
Şərhlər