"2017-ci il ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edilib və il ərzində bir çox beynəlxalq tədbirlər keçirilib. Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir”.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, Azərbaycan xalqı əsrlərdir milli-mənəvi dəyərlərini qoruyub yaşadır: "İslam dəyərləri də bunun tərkib hissəsidir. Ölkəmizdə din sahəsində hökm sürən əmin-amanlıq ölkəmizi gücləndirir".
Şərhlər