Ekonomiks 10:55 11.07.2020

Prezident Cahangir Əsgərovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Cahangir Əsgərovun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov "Şərəf” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, bu gün C.Əsgərovun 70 yaşı tamam olur.