Ölkə 17:14 22.05.2020

Prezident daha dörd nəfəri mükafatlandırdı (SİYAHI)

Prezident İlham Əliyev 2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo-nun xəbərinə görə, sərəncamla 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı "Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilib:

Nazim Timur oğlu Məmmədov

İmaməddin Rəcəbəli oğlu Əmiraslanov

Nadir Allahverdi oğlu Abdullayev

Ziya Saxavəddin oğlu Əliyev.