Ölkə 13:13 01.02.2019

Prezident gənclərin təltif edilməsi haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev 2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2019-cu il Gənclər üçün Prezident mükafatları verib:

Hacızadə Hüseynxan Saleh oğlu
Həsənov Masər Fuad oğlu
Rəcəbli Sara Rauf qızı
Mehmandarov Mustafa Adil oğlu
Mirzəmmədova Nigar Mübariz qızı
Şahverənov Allahverdi Umud oğlu

Prezident başqa bir sərəncamla 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxsləri təltif edib:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Cabbarov Azad Vaqif oğlu

"Tərəqqi” medalı ilə
Əsgərli Asif Məmməd oğlu
Qədirov Vüqar Kərim oğlu
Orucov İlqar Nəcibəddin oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
İskəndərov Vüqar Yapon oğlu
Quliyev Rüfət Mətləb oğlu
Nəcəfli Kamal Məmməd oğlu