İdman 12:04 13.12.2018

Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edib.

Sonra 2018-ci ilin yekunları üzrə təltifedilmə mərasimi olub.