İdman naziri yaxşı işləmədiyi üçün cəzalandırılıb.
Çeçenistan prezidenti Ramzan Kadırov rinqə çıxıb.
Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Kadırovun rəqibi fiziki hazırlıq və idman naziri Salambek İsmayılov olub. Ramzan Kadırov pis işlədiyi üçün naziri bu yolla "cəzalandırıb".
Belə ki, İdman Nazirliyinin binasının görünüşü Kadırovu qane etməyib. O, "Nə üçün nazirliyin binasının görünüşü köhnədir? İki həftə ərzində burada əsaslı təmir işləri tamamlanmalıdır. Nazir isə bu gün axşamki məşqdə mənim sparinq-tərəfdaşım olacaq, həm də müdafiə şlemi olmadan", deyə, o öz "Instagram" səhifəsində yazıb.
"Görüşdə mən ehtiyatla ona sağdan və soldan başa saldım ki, baş ilə işləmək lazımdır. Nazir öz səhvlərini artıq bu gün axşamdan düzəltməyə başlayıb. Ona görədə, ona müdafiə şlemi geyinməyə icazə verdim. Axı o sabah işə getməlidir".
Hakim rolunda isə Rusiyanın və Çeçenistanın əmək və sosial müdafiə nazirləri Maksim Topilin və Mohmad Axmedov çıxış edib. Ola bilsin ki, növbəti döyüşdə namizəd Axmedov olsun. "Axmedovun rinqdə cəzalandırılıb cəzalandırılmayacağı sabahki iclasdan sonra bəlli olacaq".
Qeyd edək ki, R.Kadırov boks üzrə usta hesab edilir. O, həm də Boks Federasiyasına rəhbərlik edir.
Qaynar.info
Şərhlər