"Son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir”.
Qaynarinfo report-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, maaşlar təxmini 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb: "Sosial-siyasət daim diqqət mərkəzindədir. Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları və onun rifahı daim diqqət mərkəzində olacaq. Nəzərə alsaq ki, növbəti illərdə çox ciddi islahatlar aparacağıq, dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da qalxacaq”.
Şərhlər