Xəbər lenti

Prezident:
Ekonomiks 17:14 31.03.2020

Prezident: "Sahibkarlar işçilərin ixtisarına yol verməməlidir"

"Təqdim etdiyiniz təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

"Onlara müvəqqəti olaraq dövlət tərəfindən əməkhaqlarının əhəmiyyətli hissəsi ödəniləcək. Eyni zamanda sahibkarlar da əlbəttə bir də demək istəyirəm ki, işçilərin ixtisarına yol verməməlidir", - deyə dövlət başçısı vurğulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->