Ölkə 18:36 01.02.2019

Prezident universitet binasının tikintisinə 14.2 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı universitetin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 14 245 000 manatı Kənd Təsərrüfatı Nazirliyinə ayırıb.