Ölkə 11:41 06.04.2019

Prezident və xanımı Azərbaycan xalqını təbrik etdi: 10 milyon olduq!

2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideyinlərini təbrik edirlər.
 
Qeyd edək ki, uşağın atası Həsənov Rauf Yunis oğlu Ağdam rayonunun Baş Güneytəpə kəndində anadan olub. Rauf Həsənov hazırda Bakıda polis əməkdaşıdır. Nigar Orucova isə Abşeronda məktəblərin birində müəllim kimi çalışır. 

Ailə Abşeron rayonu Sulutəpə qəsəbəsində məskunlaşıb.