Video 13:41 19.03.2019

Prezident və xanımı bayram şənliyində vətəndaşlarla görüşdü (VİDEO/YENİLƏNİB)

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər. Bayram şənliyinin iştirakçıları dövlət başçısını və xanımını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev sakinlərlə söhbət edib. Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada "Novruz” yarmarkası ilə tanış oldular.

Bayram şənliyi davam edir.