Siyasət 15:02 21.09.2019

Prezident Xələf Xələfovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Xələf Xələfovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Xələf Alı oğlu Xələfov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.