Prezident yeni islahatlar paketinin hazırlanması barədə göstəriş verib

Prezident yeni islahatlar paketinin hazırlanması barədə göstəriş verib

"İslahatlar dərinləşəcək”.

Qaynarinfo-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində əksini tapıb.

Dövlət başçısı bildirib ki, islahatlara alternativ yoxdur: "Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR