Siyasət 11:52 29.12.2018

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi (FOTO)

Prezident İlham Əliyev dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin etimadnaməsini qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.



Prezident həmçinin Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Montenegro Lopezin etimadnaməsini qəbul edib.