Dünya 11:33 01.06.2018

Prezidentdən qeyri-adi qanun: sosial şəbəkə istifadəçiləri vergi verəcək

Uqanda Parlamenti sosial şəbəkələrə vergi tətbiq olunması barədə qanunu qəbul edib.

Qaynarinfo xəbər verir ki, yeni qanun layihəsinə əsasən "Facebook", "WhatsApp", "Viber" və "Twitter" kimi sosial şəbəkələrdən istifadə edənlər 200 şilin (10 qəpik) vergi ödəməli olacaq.

Qanun layihəsi sosial şəbəkələrin qeybəti təşfiq etdiyini iddia edən ölkə başçısı Yoveri Museveni tərəfindən gündəmə gətirilib.

Qanun iyulun 1-dən qüvvəyə minəcək, lakin hansı şəkildə tətbiq olunacağı hələlik bilinmir. Bundan əlavə bir sıra vergilər də qanuna əlavə edilib.

Ölkənin maliyyə naziri David Bahati parlamentdə çıxışı zamanı yeni tətbiq olunacaq vergilərin ölkənin xarici borcunun qaytarılmasında böyük önəm kəsb etdiyini bildirib.

Reuters-in məlumatına görə, ölkədə 23,6 milyon mobil telefon istifadəçisi var ki, onlardan da 17 milyonu internetdən istifadə edir. Bu səbəbdən rəsmi dairələrin sosial şəbəkələrdən istifadə edən uqandalıları hansı şəkildə müəyyən edəcəkləri sual altındadır.