Prezidentdən Rövşən Sadıqbəyli ilə bağlı iki sərəncam

Prezidentdən Rövşən Sadıqbəyli ilə bağlı iki sərəncam

Prezident İlham Əliyev Rövşən Nüsrət oğlu Sadıqbəylinin Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Dövlət başçısının digər sərəncamı ilə, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.
 
XƏBƏRLƏR
BLOGLAR
X