Xəbər lenti

Prezidentə sui-qəsdə görə eks-spiker və müxalif millət vəkili saxlanıldı
Dünya 11:58 09.08.2018

Prezidentə sui-qəsdə görə eks-spiker və müxalif millət vəkili saxlanıldı

Prezident Nikolas Maduroya sui-qəsdlə əlaqədar keçmiş spiker və müxalifət lideri Culio Borxes həbs olunub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya Ali məhkəməsi qərar qəbul edib. Məhkəmə həmçinin müxalif millət vəkili Cuan Requesensenin də mühakimə edilməsi barədə hökm çıxarıb.

Maduro televiziya kanalında çıxışında sui-qəsd cəhdindən sonra tutulan 6 nəfərin dindirilməsi zamanı Kolumbiyada sürgündə olan müxalifət lideri Borxesin də bu işdə barmağı olduğununun üzə çıxdığını açıqlamışdı. O, Requesensenin də şübhəlilər arasında olduğunu iddia etmiş, lakin Borxes və Requesense ittihamları rədd etmişdi.

Qeyd edək ki, ötən həftə Maduro paytaxt Karakasda çıxış edərkən partlayıcı quraşdırılmış bir dronla hücum təşkil edilmiş və hadisə zamanı 7 əsgər yaralanmışdı.

Özlərini "Qısaqol köynək geymiş əsgərlər" adlandıran bir qrup Twitter-də məlumat paylaşaraq, məsuliyyəti öz üzərlərinə götürmüşdülər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->