Xəbər lenti

Prezidentin fərmanı nə qədər mənzili əhatə edəcək?
Ekonomiks 10:07 23.02.2019

Prezidentin fərmanı nə qədər mənzili əhatə edəcək?

"Prezident İlham Əliyevin çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanı təxminən 400 binanı və ya 50-60 min mənzili əhatə edəcək”.

Qaynarinfo xəbər verir ki, bunu Trend-ə müsahibəsində Əmlak Xidmətləri Məkanının rəhbəri Rəşad Əbləsənov deyib. O vurğulayıb ki, bu fərman cəmiyyətin sosial-iqtisadi inkişafında vacib rol oynayacaq:

"Bu istiqamətdə reallaşdırılacaq tədbirlər ilk növbədə daşınmaz əmlak bazarının leqallaşmasına, əmlak sahiblərinin hüquqlarının müdafiəsinə yönələcək. Qeydiyyata alma və ya təkrar qeydiyyata alma ilə bağlı bütün məsələlər dövlət səviyyəsində qısa zamanda həll olunacaq. Daha bir vacib məqam isə odur ki, bu, gənc ailələrə ipotekadan yararlanmağa imkan yaradacaq”.
 


R.Əbləsənov əlavə edib ki, fərman müvafiq dövlət qurumlarının üzərinə daşınmaz əmlak sahiblərinin mülkiyyət hüquqlarının operativ şəkildə tanınması üçün zəruri tədbirlərin qəbul edilməsi ilə bağlı öhdəliklər qoyur.

Əmlak Xidmətləri Məkanının rəhbər həmçinin texniki pasport və çıxarışların verilməsi prosedurlarından danışıb:

"Prosedura əsasən, binaların istismara verilməsi haqqında rəy Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanacaq. Daha sonra bu rəylər Dövlət Şəhərsalma və Memarlıq Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına ötürüləcək. Sonra yeddi gün ərzində bu qurumlar tərəfindən binanın istismarına icazə verilməsi barədə qərar qəbul ediləcək. Vətəndaşlar mənzil-tikinti kooperativinin protokolundan çıxarışı və mənzil borcunun olmaması barədə arayış təqdim edəcək. Bu sənədlər əsasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən mülkiyyət hüququnun operativ tanınması təmin olunacaq və texniki pasportlar və çıxarışlar veriləcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->