Xəbər lenti

Prezidentin həlak olduğu qəzanın səbəbi tezliklə məlum olacaq - Hesabat
Dünya 15:06 07.04.2020

Prezidentin həlak olduğu qəzanın səbəbi tezliklə məlum olacaq - Hesabat

Polşanın keçmiş prezidenti Lex Kaçinskinin həlak olduğu təyyarə qəzasını araşdıran Polşa komissiyası gördüyü işin nəticələri ilə bağlı hesabat hazırlayıb.

Qaynarinfo xəbər verir ki, komissiya başçısı Antoni Maçereviçin Polşa radiosuna bildirdiyinə görə, hesabatda baş verən qəzanın səbəbləri açıqlanacaq. Məruzə qısa müddətdə yayımlanacaq.

Onun sözlərinə görə, hesabatın yayımlanması koronavirusla bağlı vəziyyətin kəskinləşməsi səbəbindən təxirə salınıb.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->