Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev toy və yas mərasimləri ilə bağlı açıqlama verib.
Qaynarinfo xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Operativ Qərargahın brifinqində əsas məsələnin kütləviliyin qarşısını almaq olduğuni bildirib:
"Toylar və yas mərasimlərində qapalı bir məkanda, kondensasiya şəraitində 100-200 və daha da artıq insanın cəmləşməsi və yaxın təmas olur. Bunun güclü epidemioloji əsasları var, ona görə də toyların keçirilməsinə icazə verilmir".
Şərhlər