Ekonomiks 18:26 30.06.2020

Prezidentin köməkçisindən yeni təyyarə reyslərinin təşkili ilə bağlı açıqlama

"Bakı-İstanbul-Bakı üzrə müntənzəm xarakter daşıyan çarter reysləri təşkil olunur”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, digər istiqamətlər üzrə də reyslərin açılması məsələsinə baxıla bilər: "Lakin bu təkcə Azərbaycandan asılı deyil. Dövlətimizin vətəndaşlara qayğısıdır ki, xaricdə təhsil alan tələbələrə 30 faiz endirim tətbiq edirilir”.