Prezidentin səfəri: 28 ildən sonra Şuşamız öz doğmalarını qarşılayır... – Millət vəkili

Prezidentin səfəri: 28 ildən sonra Şuşamız öz doğmalarını qarşılayır... – Millət vəkili

"Ali Baş Komandanmızın işğaldan azad olunmuş ərazilərimizə səfərləri həm siyasi, həm iqtisadi əhəmiyyətə malikdir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, bu yöndə atılan addımlar Qarabağımızın dirçəlməsi istiqamətində mühüm önəm kəsb edir:
 
 

"Bu gün tarixi gündür. Böyük zəfər, qürur hissini bizə yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşa səhərinə səfər ediblər. 28 ildən sonra Azərbaycan tarixində xüsusi yerə sahib Şuşamız öz doğmalarını qarşılayır. İnanıram ki, dövlətimizin gerçəkləşdirdiyi tədbirlər nəticəsində qısa zamanda Şuşamıza və digər işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdışımızı həyata keçirə biləcəyik. O gün uzaqda deyil". 

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR