Ölkə 18:17 29.11.2021

Prezidentin təyin etdiyi xanım nazir müavinləri - Məşqçi, riyaziyyatçı... (DOSYE)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə, İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Gənclər və İdman nazirinin müavini vəzifələrinə təyin edilib.

Qaynarinfo yeni nazir müavinləri ilə bağlı dosyeni təqdim edir.

İndira Niyazi qızı Hacıyeva - 1982-ci il  -M.Ə.Rəsulzadə adına Universitetin riyaziyyat və fizika ixtisasını bitirib. 

Əmək fəaliyyətinə 1982-ci ildə Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. O, müxtəlif dövlət orqanlarında çalışıb.

Belə ki, 2000 - 2001 illərdə Bakı şəhər İcra Hakimiyyəti, İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 01.06.2001-01.09.2001-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində, Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı, 01.09.2001-24.10.2003-cü illərdə Uşaqlarla iş şöbəsinin rəisi,   24.10.2003-01.02.2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 27.02.2006- 19.09.2007-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi,  01.05.2009-01.01.2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub. 01.01.2012-ci il tarixdən isə Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışır.
 
Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2011-ci il tarixli 1311 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
 Prezidentin digər sərəncamı ilə 22 iyun 2016-cı il tarixli 2131 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə ” ordeni ilə təltif edilib.

Mariana Toteva Vasileva - 6 iyul 1974-cü ildə Bolqarıstanda anadan olub. Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi olub. Vasileva Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildən Azərbaycan Gimnastika Federasiyasında məşqçi işləməyə başlayıb. Bunun üçün həmin ildən ailəsi ilə birlikdə (ər və 2 uşağı)  Bakı şəhərinə köçüb. 

AGF-nin İcra Komitəsinin üzvü, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən "Əməkdar məşqçi” adına layiq görülüb.
 
Əhməd