Ölkə 16:06 07.12.2021

Prezidentin yeni təyin etdiyi sədr kimdir? (DOSYE)

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilib. 

Qaynarinfio Fərhad Adıgözəlov kimliyini araşdırıb.
 
Məlum olub ki, F.Adgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu  ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil almış və 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə Dövlət Sığorta Şirkətində başlayıb, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə Kapital Bank ASC-də departament direktoru, 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə Azər-Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilib.
 
Əhməd