Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
"Qaynarinfo" xəbər verir ki, həmçinin dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparılıb.
Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Azərbaycan prezidentinin Rusiyaya işgüzar səfəri iyulun 22-də başa çatıb.
Qaynarinfo.Az
Şərhlər