Ekonomiks 18:30 10.02.2016

Prezidentliyə namizəd görüşə cırıq ayaqqabıda gəldi - foto

ABŞ-da prezident seçkiləri kampaniyasının gedişində namizədlər seçicilərin rəğbətini qazanmaq üçün əllərindən gələni edirlər.

"Qafqazinfo" bildirir ki, bu dəfə keçmiş qubernator, Respublikaçılar partiyasından namizədliyini irəli sürən Ceb Buşun ayaqqabıları müzakirə mövzusuna çevrilib. Məşhur və ABŞ-ın ən varlı ailələrindən birinin nümayəndəsi olan Ceb seçiciləri ilə görüşə bantla yapışdırılan köhnə ayaqqabıda gəlib. Eks-prezident Corc Buşun kiçik qardaşının ayaqqabıları fotokameraların obyektivindən də yan keçməyib.

Politoloqlar isə hesab edirlər ki, seçkidə geridə qalan Ceb Buş bu yolla kasıb seçiciləri özünə cəlb etməyə çalışıb.

Qaynar.info