Belarusiya prezidentliyinə namizəd Sergey Çereçen prezident seçkilərinin nəticələrini indidən məlum olduğunu deyib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, heç bir meydan Aleksandr Lukaşenkonun altıncı dəfə seçilməsinə mane ola bilməz.
Eyni zamanda, Çereçen növbəti prezident seçkilərində iştirak edəcəyini vurğulayıb, növbəti 5 il ərzində böyük bir təcrübə və beynəlxalq birliyin dəstəyi üçün fəal çalışacağını deyib. O, avtoritar rejimi məğlub etmək üçün öz qüvvələrinin yetərli olmadığını hesab edir.
Alpər
Şərhlər