Azərbaycanda 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 13 nəfər bununla bağlı müvafiq sənədləri komissiyaya təqdim ediblər. Bu şəxslərdən 5-nin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Qeyd edək ki, namizədliyi təsdiqlənənlər hakim Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev, Milli Məclisin deputat Zahid Oruc, Azərbaycan Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən Tural Abbaslı və Anar Umudovdur.
Şərhlər