Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmü ilə Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib.
***
Dövlət ittihamçısı AXCP sədrinin müavini Gözəl Bayramlının 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlın cinayət işi üzrə məhkəmə iclası davam edib.
Qaynarinfo Bizimyol.info-ya istinadən xəbər verir ki, prosesdə çıxış edən prokuror G.Bayramlının 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilib.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində davam edib.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunub.
Şərhlər