Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Qaynarinfo xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edib.
O, general Sübahir Qurbanovun və general Teymur Quliyevin 16 il, general Natavan Mirvətovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Prokuror eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyevin 15, Zaur Məmmədovun 14, Natiq Alıyevin 14, Fərhad Atayevin 7, Anar Şirəliyevin 7, Eşqin Əliyevin 7 və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.
Şərhlər