İdman 15:06 08.03.2020

Prokurorluq FIFA prezidenti ilə bağlı araşdırmalara başladı

İsveçrə prokurorluğu FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmalara başlayıb.

Qaynarinfo xəbər verir ki, ali futbol qurumunun rəhbəri korrupsiya ilə bağlı 2015-ci ildə araşdırmalar barədə məxfi məlumatlar almaqda şübhəli bilinir. 
Məlumata görə, həmin vaxt UEFA-nın baş katibi olan Canni İnfantino regional prokurorlardan biri ilə əlaqələrindən istifadə edərək FIFA-nın korrupsiya sxemlərinin araşdırılması ilə bağlı materiallardan məlumatları bilən prokurorla tanış olub və üç dəfə görüşüb. Bu görüşlərdən sonra həmin prokuror FIFA prezidenti tərəfindən bəzi vacib oyunlara dəvət olunub.