PROSPECT şirkətinin uzun illərdir əməkdaşlıq etdiyi OMG şirkətlər qrupu daha bir uğura imza atıb.
20 ilə yaxındır Azərbaycan bazarında fəaliyyət göstərən OMG şirkətlər qrupuna (İntegral) daxil olan CafeCity restoranlar şəbəkəsi, Viva şirniyyat evi, Maxi.az, Naxış restoranı və s. kimi şirkətlər sırasına Keyfiyyət Akademiyası da əlavə olundu.
PROSPECT ERP öz müştərilərinin uğuruna öz uğuru qədər dəyər veydiyi üçün OMG şirkətlər qrupunun növbəti layihəsi ilə tanış olmaq məqsədi ilə ikitərəfli görüş keçirdi.
Görüş zamanı OMG şirkətlər qrupunun vitse-prezidenti İlkin Qarayev bildirdi ki, 2017-ci ildə yaradılan Keyfiyyət Akademiyasının əsas məqsədi qrupa daxil olan şirkətlərin əməkdaşlarının peşəkar bilik və bacarıqlarının mütəmadi olaraq artırılması üçün tələb olunan şəraiti və imkanları təmin etməkdən ibarətdir.
Yeni təlim mərkəzinin ziyarəti zamanı məlum oldu ki, Keyfiyyət Akademiyasında pərakəndə bazarda işləyən və işçilərinin sayı nisbətən çox olan şirkətlər üçün real vəziyyətə maksimum dərəcədə bənzətməklə təchiz edilən xüsusi otaqlar ayrılıb. Bu da şirkətlərdə tətbiq olunan yeni məhsul, xidmət və standartları işə yeni qəbul olunan və eləcə də mövcud işçilərə daha yaxşı çatdırmaq və işçilərin peşəkar hazırlığını yüksək səviyyədə həyata keçirmək imkanı verir. Bununla yanaşı Akademiyada 3 təlim otağı, biznes mərkəzi və kitabxana da fəaliyyət göstərir ki, bu da əməkdaşlara təlim xidmətlərindən daha yaxşı yararlanmaq imkanı verir.
Ziyarət zamanı Keyfiyyət Akademiyasının otaqları ilə tanış olarkən hər bir otaq və ümumiyyətlə təlim mərkəzinin fəaliyyəti ilə bağlı maraqlı məqamlar müzakirə olundu. İ.Qarayev: “Biz inanırıq ki, Keyfiyyət Akademiyası şirkətlərimizin fəaliyyət göstərdiyi bazarlarda rəqabət üstünlüyü əldə etmələri üçün ən effektiv vasitədir və biz bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməyi planlaşdırırıq” deyə qeyd etdi.
Hər bir fəaliyyətinin mərkəzində müştəriyə qayğı və onların biznesi üçün faydalı olmaq arzusu dayanan PROSPECT ERP bu dəfə də OMG şirkətlər qrupunun sevincinə şərik olaraq faydalı əməkdaşlıq prinsiplərinə söykənən münasibətlərin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu vurğuladı və Keyfiyyət Akademiyasının gələcək fəaliyyətində müvəffəqiyyətlər arzuladı.
PRONET MMC-nin layihəsi olan PROSPECT ERP 15 illik fəaliyyəti dövründə bir sıra yerli şirkət, dövlət və hakimiyyət, eləcə də tanınmış özəl müəssisələrin uğurlu seçimi olub. Bu illər ərzində müştəri ilə bağlı olan hər bir şey PROSPECT ERP üçün yüksək prioritetə malik olduğundan, böyük müştəri məmnuniyyəti qazanmağa müvəffəq olub. Sənəd dövriyyəsi, insan resursları, layihələr, maliyyə, müştəri münasibətləri və s. kimi sahələrdə təqdim etdiyi həlləri ilə yanaşı call center həlləri ilə də bütün sahələrdə biznes idarəetməsinin kompleks avtomatlaşdırılmasına xidmət edən PROSPECT ERP bu illər ərzində 300–ə yaxın müştəri qazanaraq, hər bir şirkətin uğurlarına öz töhvəsini verməkdədir.
PRONET MMC olaraq öz xidmətlərimizi Sizə təqdim etməkdən böyük məmnunluq duyuruq. Şirkətimizin fəaliyyəti və təklif etdiyi həllər haqqında ətraflı məlumatı www.prospect.az saytından əldə edə bilərsiniz.
Bizimlə əlaqə:
e-mail: [email protected]
Tel: +99412 3102121
PRONET MMC
Şərhlər